Əsas məzmuna keç

Arayik və daha 4 separatçı ömürlük məhkum edildi - Digərlərinə 19-20 il həbs!

Arayik və daha 4 separatçı ömürlük məhkum edildi - Digərlərinə 19-20 il həbs!

Bakı Hərbi Məhkəməsində Levon Mnatsakanyan və digər separatçılara hökm oxundu. Terror və soyqırımı törədən canilərin ömürlük həbs cəzasının detalları məqalədə.

en ru

Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində vətəndaşlarının davam etdirilən məhkəmə prosesində şəxslərə hökm oxunur.

"Operativ Məlumat Mərkəzi-OMM" “Qafqazinfo” ya istinadən xəbər verir ki, hökmə əsasən təqsirləndirilən Harutyunyan qəti olaraq azadlıqdan məhrumetmə cəzasına olunub.

Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan da qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi.

***

Arkadi Qukasyan və Bako Sahakyan və Madat Babayan da verilmiş ittihamlarda təqsirli bilinib. Qukasyan, Sahakyan 20, Babayan 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…