İranın xarici işlər naziri Abbas Əraqçi BƏƏ-ni ABŞ və İsrailin Tehrana qarşı təcavüzünə birbaşa müdaxilədə günahlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, əmirliyi İslam Respublikasına qarşı siyasətini yenidən nəzərdən keçirməyə çağırıb.
"Dünən məlum oldu ki, Netanyahu müharibə zamanı BƏƏ və Əbu-Dabiyə səfər edib. Həmçinin məlum olub ki, onlar bu hücumlarda iştirak ediblər və hətta birbaşa bizə qarşı hərəkət ediblər. Buna görə də, BƏƏ bu təcavüzün fəal iştirakçısıdır və buna şübhə yoxdur", - Əraqçi bildirib.
İran xarici işlər nazirinin sözlərinə görə, BƏƏ-nin İsraillə ittifaqı münaqişə zamanı Əmirlikləri qorumayıb və onları xarici siyasətlərini yenidən nəzərdən keçirməyə çağırıb.