Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-ni “müharibə aktı”nda ittiham etdi: Sərt reaksiya

2 dəq
Paylaş:
İran ABŞ-ni “müharibə aktı”nda ittiham etdi: Sərt reaksiya

İran -ni limanların blokadasına görə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, İranın naziri Əraqçi ABŞ-nin İran limanlarını dənizdən mühasirəyə almasını müharibə və atəşkəsin pozulması kimi qiymətləndirib.

Məlumata görə, Əraqçi “X” hesabında paylaşdığı mesajda Vaşinqtonun İranın ticarət yollarına qarşı addımlarını tənqid edərək, ölkəsinin bu cür məhdudiyyətlərə qarşı çıxmaq iqtidarında olduğunu vurğulayıb.

“İran limanlarını blokada etmək müharibə aktı və beləliklə, atəşkəsin pozulmasıdır. Ticarət gəmisinə zərbə endirmək və onun heyətini girov götürmək daha da böyük bir pozuntudur”, – deyə o bildirib.

Nazir əlavə edib ki, İran məhdudiyyətləri neytrallaşdırmağı, milli maraqlarını qorumağı və təzyiqlərə qarşı qətiyyətlə dayanmağı bacarır.

Qeyd olunub ki, İran Xarici İşlər Nazirliyi daha əvvəl ABŞ-nin Oman dənizində İranın “Tuska” adlı ticarət gəmisinə hücumunu da qətiyyətlə pisləyib və bunu piratçılıq və terror aktı kimi qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax