Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri Ər-Riyada görüşəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat açıqlamasında bildirilir ki, martın 18-də Ər-Riyada ərəb və İslam ölkələrinin xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti və bölgədə təhlükəsizliyin təmin edilməsi üçün səylərin əlaqələndirilməsini müzakirə edəcəklər.