Anqola Prezidenti COP29-da iştirak etmək istəyir

Anqola Prezidenti COP29-da iştirak etmək istəyir
12.06.2024 15:42
Aa
dəq

Anqola Prezidenti bu ilin noyabrında Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakda maraqlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Anqolanın xarici işlər nazirinin müavini Domingos Custódio Vieira Lopes Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşündə bildirib.

Anqolanın xarici işlər nazirinin müavini Anqola Prezidentinin noyabrda Azərbaycanda keçiriləcək COP29-da iştirakında maraqlı olduğunu ifadə edib.

Düşənbədə 2018-2028-ci illər üzrə “Davamlı İnkişaf üçün Su” Beynəlxalq Onillik Fəaliyyətə dair III Yüksək Səviyyəli Beynəlxalq Konfrans çərçivəsində həmçinin M. Məmmədov və Özbəkistan Prezidentinin Aqrar inkişaf məsələləri üzrə köməkçisi Şuxrat Qaniyev, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev arasında görüş keçirilib.

Görüşlərdə Azərbaycan və Özbəkistan, eləcə də Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, innovativ əkinçilik təcrübələri, iqlim dəyişikliklərinin təsirlərinin minimuma endirilməsi istiqamətlərində təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu