Prezident İlham Əliyev Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkə başçısı bununla bağlı "Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiqi haqqında qanunu imzalayıb.
Qeyd edək ki, sənədlər 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və 2026-cı il sentyabrın 2-də Bakı şəhərində imzalanmışdı.