Əsas məzmuna keç

Ankarada NATO sammiti üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Ankarada NATO sammiti üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Türkiyə paytaxtında keçiriləcək yüksək səviyyəli görüşlə əlaqədar polis qüvvələri xüsusi rejimə keçib.

en ru

Ankarada iyulun 7-8-də keçirilməsi planlaşdırılan ilə əlaqədar paytaxtda təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ankara İdarəsinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, sammitin təhlükəsizliyinin təmin olunması məqsədilə "Operasiya Turkuaz" adlı xüsusi təhlükəsizlik planının icrasına başlanılıb. Şəhərin giriş-çıxış məntəqələrində nəzarət-buraxılış rejimi sərtləşdirilib, paytaxtın 9 rayonunda isə genişmiqyaslı yoxlamalar intensivləşdirilib. NATO-nun fəaliyyət zonası kimi müəyyən edilən ərazilərdə xüsusi polis qrupları 24 saatlıq iş rejiminə keçib.

Bildirilib ki, şübhəli şəxslərin və vasitələrinin aşkarlanması məqsədilə xüsusi təyinatlılar, narkotiklə mübarizə bölmələrinin əməkdaşları və mülki geyimli polis əməkdaşları strateji nöqtələrdə xidmət aparırlar. Təhlükəsizlik tədbirlərinə Ankara Polis İdarəsinin rəisi Maksut Yüksək şəxsən nəzarət edir.

Qeyd olunub ki, əhalinin sıx olduğu parklar, kafelər, əyləncə mərkəzləri və otellərdə də yoxlamalar gücləndirilib. Bu çərçivədə 9 rayon üzrə 215 nöqtədə, 151 parkda və 120-dən çox ictimai iaşə obyektində 39 komanda və 450 əməkdaşın iştirakı ilə reydlər keçirilib.

Məlumata əsasən, şəhərdə dilənçilik və qanunsuz fəaliyyətlə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir, həmçinin uzun müddətdir axtarışda olan şəxslərin saxlanılması istiqamətində xüsusi həyata keçirilir. Terror təşkilatlarının fəaliyyətinin qarşısının alınması məqsədilə aparılan əməliyyatlar nəticəsində 209 şübhəli şəxs saxlanılıb və hazırda onlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…