Operativ Məlumat Mərkəzi

Amnistiya aktının icrasına başlanılıb

1 dəq
Paylaş:
Amnistiya aktının icrasına başlanılıb
{"az":"Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində həyata keçirilir. Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına...","en":"","ru":""}

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qəbul edilən qərarın icrasına başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində həyata keçirilir.

Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzası 6 ay azaldılması nəzərdə tutulur. Həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər