Tanınmış ABŞ maliyyəçisi, milyarder Tomas Li ofisində ölü tapılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Li-in bədənində güllə yarası aşkar edilib. Onun özünü vurub-vurmaması və ya hadisənin qətl olub-olmadığı barədə hələ də məlumat yoxdu.
The New York Post xəbər verir ki, Li özünü vurmuş ola bilər. BBC isə xəbər verir ki, Nyu York Polis Departamenti adı açıqlanmayan 78 yaşlı kişinin ölü tapıldığını bildirib.
Qeyd edək ki, "Forbes" jurnaılının məlumatına görə maliyyəçinin 2 milyard dollar sərvəti olub.