ABŞ-nin hava yolu şirkəti "American Airlines" texniki sistemlərdə yaranan nasazlıq səbəbindən uçuşların qısa müddətə dayandırıldığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, iyulun 28-i axşam saatlarında sistemlər qısa müddətli texniki nasazlıqla üzləşib.
Problemin aradan qaldırılması müddətində uçuşlara müvəqqəti fasilə verilib.
Nasazlığın səbəbi barədə ətraflı məlumat verilməyib.
Bildirilib ki, texniki qrupların müdaxiləsindən sonra problem qısa zamanda aradan qaldırılıb, sistemlər yenidən fəaliyyətə başlayıb və uçuşlar bərpa edilib.