AMEA əhalini zəlzələ ilə bağlı yanlış proqnozlara inanmamağa çağırıb

AMEA əhalini zəlzələ ilə bağlı yanlış proqnozlara inanmamağa çağırıb
09.10.2023 16:05
Aa
dəq

"Zəlzələlərin dəqiq proqnozu dünyanın heç bir ölkəsində, o cümldən də Azərbaycanda yoxdur. Sadəcə hansısa bölgədə seysmik aktiv zonadadırsa onsuz da həmin bölgədə hansısa vaxtlarda zəlzələ ola bilər və bunu heç kim istisna etmir".

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin elektron xidmətlər şöbəsindən bildirilib.

Qeyd olunub ki, zəlzələlər piltələrin Yerdaxili tektonik hərəkətləri nəticəsində baş verdiyinə görə dünyanın müxtəlif seysmogen zonalarında qeydə alınır.

Bildirilib ki, bu ilin əvvəlində qardaş Türkiyədə baş verən zəlzələ də piltələrdə hərəkətliyin dinamikasının artması nəticəsində baş verib: "Mütəxəssislərin gəldiyi bundan ibarətdir ki, son vaxtlar, xüsusilə də Ərəbistan plitəsində hərəkətlilik artdığına görə bu həm qardaş Türkiyədə, həm də digər region ölkələrində zəlzələ ocaqlarının aktivləşməsinə səbəb olub. Amma bunu da nəzərə almaq lazımdır ki, Yerdaxili proseslər həmişə getdiyinə görə bəzən zəlzələ ocaqları Yerin dərin qatlarında yerləşdiyi və təkanların gücü zəif olduğuna görə həmin təkanlar Yer səthinə gəlib çatmır və bu titrəyişlər ancaq seysmik stansiyalar vasitəsilə qeydə alınır.

Bu tip zəlzələlər demək olar ki, hər gün qeydə alınır. Elə AMEA nəzdində RSXM-nin Zəlzələlərinin Tədqiqatı Bürosu tərəfindən də hər gün çoxlu xırda təkanlar qeydə alınır. Bu təkcə Azərbaycanda belə deyil. Dünyanın bütün seysmik zonalarında da var. Hansılar ki, o ölkələrdə ən müasir seysmik stansiyalar, avadanlıqlar var və alınan məlumatlar yüksək texnologiyalı proqramlar vasitəsi ilə emal olunur.

Bununla belə bəzi vaxtlarda maqnitudası 3-3.5-dən böyük olan və Yer səthində hiss olunan zəlzələlər də baş verir. Bu proses tam təbii baş verdiyinə və Yerin dərin qatlarında getdiyinə görə zəlzələlərin heç bir halda proqnozlaşdırmaq hələ ki, mümkün deyil".

Həmçinin qeyd olunub ki, son vaxtlar dünyada baş verən zəlzələlərin artması insanların bu mövzuya olduqca narahat və həssas yanaşması ilə müşayiət olunur: "Zəlzələ təbii fəlakətlərin arasında ən qorxulusu və dəhşətlisi olduğuna görə bəzən zəlzələ baş verəndə hansısa fəsadlar olmasa da bu insanların psixologiyasına belə mənfi təsir edir. Bu mövzu xüsusi ilə də ilin əvvəlində, fevral ayının 6-da qardaş Türkiyədə baş verən güclü və dağıdıcı zəlzələdən sonra daha da aktuallaşıb. Elə son günlər də dünyanın ayrı-ayrı ölkələrində maqnitudası 6-dan yuxarı olan zəlzələlər baş verir. Elə bu günlərdə Əfqanıstanın Herat şəhərindən 40 km şimal-şərqdə 6,3 bal gücündə zəlzələ zamanı 2500-dən çox insan həyatını itirib. Minlərlə ev dağılıb. Təbii ki, bu cür hadisələrin baş verməsi insanlar narahat edir. Onlarda qorxu, narahatlıq yaradır. Bir çox hallarda mövzu ilə bağlı sosial şəbəkələr üzərindən “proqnozlar”ın yayılması insanları narahat edir".

Həftənin ən çox oxunanları

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu