Əsas məzmuna keç

Almaniyanın xarici işlər naziri sabah Gürcüstana səfər edəcək

Almaniyanın xarici işlər naziri sabah Gürcüstana səfər edəcək

Almaniyanın naziri Analena sabah Gürcüstana səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Berbok martın 24-dək davam edəcək səfəri çərçivəsində Prezidenti Salome Zurabişvili, İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşlər keçiriləcək.

Analena Berbokun həmçinin, Gürcüstanın vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə də görüşləri planlaşdırılıb.

Məlumatda qeyd edilib ki, səfərin məqsədi ölkələr arasında sıx və birbaşa əlaqələr yaratmaq, Gürcüstanın Avropa perspektivi üçün əməkdaşlığı dərinləşdirməkdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…