Operativ Məlumat Mərkəzi

Almaniyanın müdafiə naziri: Mövcud boşluqları 2030-cu ilə qədər aradan qaldırmaq mümkün deyil

2 dəq
Paylaş:
Almaniyanın müdafiə naziri: Mövcud boşluqları 2030-cu ilə qədər aradan qaldırmaq mümkün deyil
bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "Welt am Sonntag" qəzetinə deyib. "Biz hamımız bilirik ki, mövcud boşluqları 2030-cu ilə qədər tam...

2030-cu ildən sonra da Almaniyanın hərbi texnikasında boşluqlar olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "Welt am Sonntag" qəzetinə deyib.

"Biz hamımız bilirik ki, mövcud boşluqları 2030-cu ilə qədər tam aradan qaldırmaq mümkün deyil. Ona görə də biz prioritetləri müəyyən etməliyik”, - deyə o bildirib.

Müdafiə nazirinin sözlərinə görə, bu prioritetlərdən biri NATO-nun şərq cinahının müdafiəsidir.
"Bizim üçün bu, ilk növbədə 2025-ci ilə qədər tam təchiz olunmuş diviziya yaratmaq və NATO-nun Cavab Qüvvələrinə adekvat töhfə vermək deməkdir.
Bundesverin yerinə yetirməli olduğu üç vəzifə var: Milli və müttəfiqlərin müdafiəsi, eləcə də beynəlxalq böhran əməliyyatları. Bu, maddi və şəxsi heyətlə dəstəklənən imkanlar tələb edir", - Pistorius deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər