Almaniyada terror aktının qarşısı alınıb

Almaniyada terror aktının qarşısı alınıb
30.11.2023 07:34
Aa
dəq

Almaniyada 15 yaşlı yeniyetmə Milad bazarına hücum planlaşdırmaqda şübhəli bilinərək həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya hüquq-mühafizə orqanları məlumat yayıb. 

15 yaşlı yeniyetmə Vittstok şəhərindən olan 16 yaşlı başqa bir nəfərlə birgə Düsseldorf şəhərindəki Milad bazarlarından birinə hücum etmək barədə razılığa gəliblər. Onlar hücum planlarını Teleqram üzərindən müzakirə ediblər. 

Hücumun dekabrın 1-də təşkil edilməsi planlaşdırılıb. 

Prokurorluq, hər iki şəxsin saxlanıldığını, hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Yeniyetmələrin Əfqanıstan və Rusiya vətəndaşları olduqları məlum olub. 

Almaniyanın daxili kəşfiyyat xidməti İsrail-HƏMAS qarşıdurmasının başlamasından sonra ölkədə hücum riskinin yüksəldiyini bildirib.

Həmçinin, son həftələrdə ölkədə islamofobiya və antisemitizm hallarının artdığı vurğulanıb. 

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu