Almaniyada insan qaçaqmalçılığı ilə məşğul olanlar saxlanılıb

Almaniyada insan qaçaqmalçılığı ilə məşğul olanlar saxlanılıb
15.03.2023 15:53
Aa
dəq

Almaniyanın paytaxtı Berlin və Halle an der Saale şəhərlərində insan qaçaqmalçılığı ilə mübarizə məqsədilə keçirilən əməliyyatlarda insan qaçaqmalçılığında şübhəli bilinən 5 nəfər şəxs saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "TRT HABER"-ə istinadən xəbər verir ki, polisdən verilən açıqlamada insan alverinin qarşısının alınması üçün Berlin və Halle an der Saale şəhərlərində 400 polisin iştirakı ilə əməliyyat keçirildiyi bildirilib.

Aralarında Türkiyə və Almaniya vətəndaşlarının da olduğu dəstənin Türkiyə və İraqdan qaçaqmalçılıq yolu ilə Almaniyaya adamlar apardığı iddia edilir.

Dəstənin insanları İstanbuldan təyyarə ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya apardığı, daha sonra isə Balkan marşrutu adlanan yol ilə maşınlarla Almaniyaya gətirdiyi bildirilir.

Dəstənin indiyə qədər ən azı 90 nəfəri Almaniyaya gətirdiyi öyrənilib.

Həftənin ən çox oxunanları

ABŞ Livanda Hizbullah radiostansiyalarının bombalanmasında İsrailin əli olduğunu iddia edir

ABŞ Livanda Hizbullah radiostansiyalarının bombalanmasında İsrailin əli olduğunu iddia edir
DAVAMIN OXU davamın oxu

Braziliya prezidenti Ukraynadakı münaqişənin həllində maraqlı olduğunu təsdiqləyib

Braziliya prezidenti Ukraynadakı münaqişənin həllində maraqlı olduğunu təsdiqləyib
DAVAMIN OXU davamın oxu

ABŞ Rusiyanın hipersəs raketlərinin təhlükələrindən danışıb

ABŞ Rusiyanın hipersəs raketlərinin təhlükələrindən danışıb
DAVAMIN OXU davamın oxu

Şimali Koreya Cənubi Koreyaya yenidən zibil balonları göndərir

Şimali Koreya Cənubi Koreyaya yenidən zibil balonları göndərir
DAVAMIN OXU davamın oxu

İsveçrə Senatı hərbi neytrallıqdan imtina edib

İsveçrə Senatı hərbi neytrallıqdan imtina edib
DAVAMIN OXU davamın oxu