Almaniyada fermerlər hökumətə etiraz ediblər

Almaniyada fermerlər hökumətə etiraz ediblər
15.01.2024 21:22
Aa
dəq

Almaniyada fermerlər qənaət tədbirləri çərçivəsində kənd təsərrüfatı dizelinə verilən subsidiyaları ləğv etmək istəyən hökumətə etiraz ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Sosial Demokrat Partiyası (SPD) açıqlama verib.

Belə ki, Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından ibarət hökumətin kənd təsərrüfatına subsidiyaları ləğv etməyi planlaşdırması səbəbindən fermerlərin yanvarın 8-də ölkənin bir çox yerində başladığı etiraz aksiyası Berlində də davam edib.

Almaniyanın müxtəlif bölgələrindən öz traktorları ilə Berlinə gələn fermerlər 17 iyun küçəsini və tarixi Brandenburq qapısı ilə Qələbə abidəsi arasında ətraf prospekt və küçələri bağlayıblar.

Fermerlərin logistika sənayesinin dəstəklədiyi etiraz aksiyalarında yük maşını və digər ağır nəqliyyat vasitələri sürücüləri də öz maşınları ilə iştirak edib. Müxtəlif sektorlarda çalışan və hökumətin siyasətindən narazı olan insanların qatıldığı nümayiş Berlin şəhər mərkəzində nəqliyyatın hərəkətində aksamalara səbəb olub.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu