Əsas məzmuna keç

Almaniyada əsas dəmir yolu marşrutu bağlanıb

Almaniyada əsas dəmir yolu marşrutu bağlanıb

Almaniyanın dəmir yolu operatoru olan “Deutsche Bahn” (DB) bu gündən ölkənin Frankfurt və Mannheym şəhərləri arasındakı 70 kilometrlik (45 mil) dəmir...

Almaniyanın dəmir yolu operatoru olan “Deutsche Bahn” (DB) bu gündən ölkənin və Mannheym şəhərləri arasındakı 70 kilometrlik (45 mil) dəmir yolunda qatarların hərəkətini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Deutsche Welle”ə istinadən xəbər verir ki, buna səbəb dekabrın 14-nə qədər davam edəcək təmir işləridir.

Bu Almaniyanın ən işlək dəmir yolu xətlərindən biri olsa da, futbol üzrə zamanı qatarların gecikməsi və reyslərin ləğvinə görə tənqid edilib.

“Cəmi 5 ay ərzində Frankfurt ilə Mannheym arasındakı xəttin üst qurumu, səs qoruyucu baryerləri, siqnalizasiya texnologiyası yenilənəcək və 20 stansiya müasirləşdiriləcək. İlk dəfə olaraq planlaşdırılan həm şəbəkəni, həm də stansiyaları əhatə edəcək”, - “Deutsche Bahn”ın məlumatında qeyd olunub.

Bundan başqa, 140 kilometr uzunluğunda hava xətləri quraşdırılacaq və marşrut boyunca 20-yə yaxın stansiya yenilənəcək.

Təmir işlərinə 1,3 milyard avro (1,4 milyard dolları) xərclənməsi planlaşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…