Almaniya hökuməti Ukrayna prezidenti Vladimir Zelenskinin mümkün səfərindən əvvəl Ukraynaya 2,7 milyard avro dəyərində yeni silah-sursat göndərəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" DPA xəbər agentliyinə istinadən xəbər verir ki, Almaniya 20 "Marder" tipli zirehli döyüş maşını, 30 "Leopard-1" döyüş tankı və 4 "İris-T-SLM"-i Ukraynaya göndərəcək.
Ukraynaya veriləcək 2,7 milyard avro dəyərində silah-sursat Almaniyanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri bu ölkəyə ən böyük dəstəyi olacaq.
Qeyd edək ki, Almaniya bu günə qədər 2,75 milyard avroluq silah dəstəyi verib.