Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Almaniya naziri Macarıstanın sanksiya qərarına etiraz etdi

2 dəq
Paylaş:
Almaniya naziri Macarıstanın sanksiya qərarına etiraz etdi

Almaniyanın naziri Yohan Macarıstanı Moskvaya qarşı son sanksiyalar mərhələsinin qarşısını almaq qərarını yenidən nəzərdən keçirməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Macarıstanın mövqeyi məni təəccübləndirir. Biz bunu macar həmkarlarımızla müzakirə edəcəyik. Buna görə də, həm Budapeştdə, həm də burada, Brüsseldə arqumentlərimizi təkrarlayacağıq ki, onların mövqeyi yenidən nəzərdən keçirilsin", - o qeyd edib.

O, Rusiyaya təzyiqin davam etdirilməsinin və Ukraynaya davamlı dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Aİ nazirləri Brüsseldə Rusiyaya qarşı sanksiyaların 20-ci mərhələsini müzakirə edirlər. Bu mərhələnin Rusiyanın Ukraynaya qarşı əməliyyatlarının dördüncü ildönümü ərəfəsində qəbul edilməsi planlaşdırılırdı.

Xatırladaq ki, Aİ-nin xarici işlər və siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Macarıstanın mövqeyinə görə paketin qəbul edilməsi ehtimalı azdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax