Operativ Məlumat Mərkəzi

Almaniya "Leopard" tanklarını Ukraynaya göndərir

1 dəq
Paylaş:
Almaniya "Leopard" tanklarını Ukraynaya göndərir
on səkkiz ən müasir əsas döyüş tankı döyüşçülərə təlim keçildikdən sonra Ukraynaya təhvil veriləcək. Müdafiə naziri Boris Pistorius tankların müharibənin...

Almaniya Müdafiə Nazirliyi bildirib ki, Almaniyadan “Leopard 2” tanklarının ilk partiyası Ukraynaya göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, on səkkiz ən müasir əsas döyüş tankı döyüşçülərə təlim keçildikdən sonra Ukraynaya təhvil veriləcək.

Müdafiə naziri Boris Pistorius tankların müharibənin cəbhə xəttində “həlledici töhfə verə biləcəyinə” əmin olduğunu bildirib.

Ukrayna hökuməti hələ ki, "Leopard 2"-in gəlişini şərh etmir, lakin onlar Böyük Britaniya istehsalı olan "Challenger 2" tanklarının gəlişini təsdiqləyiblər.

NATO ölkələri tərəfindən istehsal edilən, ən yaxşı əsas döyüş tanklarından biri kimi qəbul edilən təxminən 2000 Leopard, 2 Avropa ölkəsində istifadə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər