Alimlər qlobal istiləşmənin əsas səbəblərindən biri olan karbon qazının atmosferdə tutulması və saxlanması üçün yeni üsul təqdim ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" "TRT HABER"-ə istinadən xəbər verir ki, üç qat daha təsirli olan bu üsulla karbon qazı havadan sovrularaq el arasında soda olaraq bilinən natrium bikarbonata çevrilərək okeanlarda saxlanıla bilər.
Tədqiqatçılar qeyd edirlər ki, iqlim böhranı ilə mübarizə aparmağın yolu qalıq yanacaqların istifadəsini azaltmaqdır.
Bununla belə, indiyədək böyük miqdarda karbon qazı buraxıldığını və yaxın gələcəkdə kifayət qədər məhdudiyyətlərin olacağını nəzərə alan tədqiqatçılar havadakı karbon qazının da aradan qaldırılmasının lazım olduğunu bildiriblər.
Araşdırmaya görə, meşələr və okeanlar havanı təmizləsə də, karbon qazının çox olması səbəbindən insanların buraxdığı karbon qazını tam təmizləyə bilmir, ona görə də texnoloji üsullardan istifadə edilməlidir.
Bu texnoloji üsullardan birində karbon qazı birbaşa polad və sement fabrikləri kimi atıldığı yerlərdən toplanır.
Karbonun "birbaşa havadan tutulduğu" digər üsulda karbon çirkliliyi birbaşa atmosferdən sovrulur və torpağa vurularaq məhv edilir. Lakin havada karbon qazının (CO2) konsentrasiyası mində 4 olduğu üçün bu üsul həm çətin, həm də baha başa gəlir.
Karbon dioksid tutma texnologiyaları üzərində işləyən ən böyük şirkətlərdən biri olan Climeworks, illik 4000 ton CO2 çıxarma qabiliyyətinə malikdir. Digər tərəfdən, bu miqdar bir ildə 800 avtomobilin istehsal etdiyi karbon çirklənməsinə uyğundur.