Məhkəmə Rasim Quliyevlə bağlı qərar verib

Məhkəmə Rasim Quliyevlə bağlı qərar verib
10.03.2023 12:09
Aa
dəq

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub.

Hakim Əziz Seyidovun sədrlik etdiyi hakimlər heyəti Rasim Quliyevlə bağlı apellyasiya instansiyasının qərarının düzgün olduğu qənaətinə gəlib. Kassasiya şikayəti təmin edilməyib.

Şikayət ərizəsində bəraət qərarı çıxarılması istənilmişdi.

Qeyd edək ki, Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək sınaq müddəti seçilməklə şərti cəza ilə əvəz edib.

Həftənin ən çox oxunanları

Azərbaycanda yüksək vəzifəli şəxs İSTEFA VERDİ - FOTO

Azərbaycanda yüksək vəzifəli şəxs İSTEFA VERDİ - FOTO
DAVAMIN OXU davamın oxu

Birinci vitse-prezident məktəblilərə uğur arzulayıb

Birinci vitse-prezident məktəblilərə uğur arzulayıb
DAVAMIN OXU davamın oxu

35 məntəqə seçki komissiyası buraxılıb

35 məntəqə seçki komissiyası buraxılıb
DAVAMIN OXU davamın oxu

Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı
DAVAMIN OXU davamın oxu

QHT sədrləri şəhid məlumatlarının silinməsinə etiraz etdilər

QHT sədrləri şəhid məlumatlarının silinməsinə etiraz etdilər
DAVAMIN OXU davamın oxu