Əsas məzmuna keç

Dövlət Təhlükəsizliyi Xidmətinin ekstradisiya etdiyi şəxsə hökm oxunub

Dövlət Təhlükəsizliyi Xidmətinin ekstradisiya etdiyi şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsi beynəlxalq telekommunikasiya şəbəkəsində qanunsuz fəaliyyət göstərməkdə təqsirləndirilən Etibar İmamverdiyev barəsində qərar qəbul edib.

en ru

Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə ittiham olunan İmamverdiyev Etibar Oktay oğlunun üzrə prosesi başa çatıb. Məhkəmənin ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, Etibar İmamverdiyev transmilli şəbəkə vasitəsilə ərazisində qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil edib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı araşdırmalar nəticəsində onun beynəlxalq axtarışa verildiyi, xarici ölkədə saxlanıldığı və hüquqi prosedurlardan sonra Azərbaycana ekstradisiya olunduğu məlum olub.

İşin detallarına görə, E.İmamverdiyev digər şəxslərlə əlbir olaraq xüsusi avadanlıqlar vasitəsilə ölkənin telekommunikasiya şəbəkəsinə qanunsuz qoşulub. O, mobil operatorların SIM kartlarından istifadə edərək xaricdən daxil olan zəngləri internet üzərindən yerli şəbəkəyə yönləndirib və bu yolla dövlət nəzarətindən kənar rabitə xidməti yaradıb. Həmçinin, o, dövlət əhəmiyyətli infrastrukturun kompüter sisteminə müdaxilə edərək məlumatları dəyişdirib.

Məhkəmə iclasında qeyd olunub ki, təqsirləndirilən şəxsin əməlləri nəticəsində dövlət təhlükəsizliyinə təhdid yaranıb və Azərbaycan və Kommunikasiya Holdinqinin (AZCON) “AzInTelecom” şirkətinə külli miqdarda maddi ziyan vurulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…