Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qanunvericilik təşəbbüsü səlahiyyəti verilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə qərar muxtar respublikanın qanunverici orqanının avqustun 1-də keçirilən növbədənkənar sessiyasında qəbul olunub.
Həmçinin, Ali Məclis Azərbaycan Milli Məclisinə təkliflər verə biləcək.
Eyni zamanda, Ali Məclisin ildə iki - yaz və payız sessiyaları keçiriləcək