Estoniya prezidenti Alar Karis Rusiya ilə əlaqələri bərpa etmək üçün Avropa xüsusi nümayəndəsinin təyin edilməsi barədə danışıblar.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Bəli, bizə elçi lazımdır . Sual, yəqin ki, onun kim olacağıdır. Və düşünürəm ki, bizim bir çox seçimimiz var", - Estoniya prezidenti qeyd edib.
O vurğulayıb ki, seçilmiş xüsusi nümayəndə həm Rusiya, həm də Ukrayna tərəfindən etibar edilən "böyük Avropa ölkəsindən" olmalıdır.
Fransa prezidenti Emmanuel Makron əvvəllər xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı işlərin artıq texniki səviyyədə başladığını bildirmişdi.
Yanvar ayında Politico mənbələrə istinadən Avropa Birliyi ölkələrinin Ukrayna məsələsinin həlli üçün danışıqlar aparmaq üçün xüsusi nümayəndə təyin etmək imkanlarını müzakirə etdiklərini və bu nümayəndənin Aİ adından Rusiya tərəfi ilə danışıqlar apara biləcəyini bildirmişdi. Bu vəzifəyə mümkün namizəd kimi Finlandiya prezidenti Aleksandr Stubb qeyd olunmuşdu.