Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Fransa həbsxanalarındakı şəraiti qəbuledilməz hesab edir.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Paris vilayətinin Fren kommunasındakı həbsxana məhbuslarının şikayəti üzrə məhkəmənin qərarında deyilir.
“2019-cu il yanvarın 1-nə olan məlumata görə, həbsxana 197 faiz dolu olub”, - qərarda qeyd edilib.
AİHM-nin qərarında Fransada həbs şəraitinin pis olması və vəziyyətin yaxşılaşdırılması üçün məqsədyönlü işin aparılmaması ilə yanaşı, həbsxanaların həddən artıq dolu olması ilə bağlı probleminin olduğu vurğulanıb.
Daha əvvəl Fransa Ədliyyə Nazirliyi məlumat vermişdi ki, ölkədəki həbsxanalarda 73 699 məhbus var və bu, rekord göstəricidir.