Operativ Məlumat Mərkəzi

Aİ və 13 ölkə İsraili işğalçı zorakılığına qarşı konkret addımlar atmağa çağırır

1 dəq
Paylaş:
Aİ və 13 ölkə İsraili işğalçı zorakılığına qarşı konkret addımlar atmağa çağırır
bu barədə xarici KİV məlumat yayıb. Belə ki, sözügedən zorakılıqla bağlı Aİ, Avstraliya, Belçika, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Kanada,...

Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Fransa və İspaniya da daxil olmaqla 13 ölkə fələstinlilərə qarşı hücumları pisləyərək, İsrail işğalçılarının zorakılığına qarşı konkret və təcili addımlar atmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, sözügedən zorakılıqla bağlı Aİ, Avstraliya, Belçika, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Kanada, Lüksemburq, Norveç, Böyük Britaniya, İspaniya, İsveç və İsveçrə birgə bəyanatla çıxış edib.

İordan çayının qərb sahilində qeyri-qanuni yəhudi işğalçılarının fələstinlilərə qarşı həyata keçirdiyi hücumların həyəcan verici səviyyədə olduğunu qeyd edən imzaçılar oktyabrın əvvəlindən işğalçıların 8 fələstinlini öldürdüyünü, 83 fələstinlini yaraladığını, 1026 fələstinlini isə tərk etməyə məcbur etdiyini qeyd ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər