Operativ Məlumat Mərkəzi

Aİ UNRWA-nı maliyyələşdirməyə davam etmək qərarına gəldiyini açıqlayb

1 dəq
Paylaş:
Aİ UNRWA-nı maliyyələşdirməyə davam etmək qərarına gəldiyini açıqlayb
bu barədə xarici KİV məlumat yayıb. "BMT-nin atdığı addımlar və Komissiyanın UNRWA-dan tələb etdiyi öhdəliklər nəzərə alınıb", - deyə məlumatda qeyd...

Avropa İttifaqı (Aİ) Komissiyası Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) maliyyələşdirməyə davam etməyə qərar verdiyini və gələn həftə 50 milyon avronun Agentliyə köçürüləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"BMT-nin atdığı addımlar və Komissiyanın UNRWA-dan tələb etdiyi öhdəliklər nəzərə alınıb", - deyə məlumatda qeyd edilib.

Nəticədə UNRWA vasitəsilə 2024-cü il üçün nəzərdə tutulan 82 milyon avroluq yardım məbləğinə əlavə edilməsinə qərar verildiyi və ümumi yardım məbləğinin 150 milyon avroya çatacağı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər