Əsas məzmuna keç

Aİ səfirləri İran XİN-ə çağırıldı

Aİ səfirləri İran XİN-ə çağırıldı

Tehran Avropa İttifaqı diplomatlarına etiraz etdi. SEPAH-ın terror siyahısına salınması beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirilib. Hadisənin detalları:

en ru

İran ölkədəki bütün Avropa İttifaqı (Aİ) səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, səfirlər Xarici İşlər Nazirliyinə dəvət edilib və Aİ-nin İnqilab Keşikçiləri Korpusunu təşkilatı kimi tanımaq qərarı qınanılıb.

Nazirlik rəsmilərinin səfirlərlə keçirdiyi görüşlərdə Aİ-nin bu qərarının hüquqa və BMT Nizamnaməsinə olduğu bildirilib.

Sözügedən qərarın İran xalqına qarşı təhqir kimi qiymətləndiriləcəyi vurğulanıb.

İranlı rəsmilər həmçinin İnqilab Keşikçiləri Korpusunun İranın milli təhlükəsizliyinin təmin olunmasında mühüm vəzifələr yerinə yetirdiyini və Aİ-nin bu qərarı ilə sülhə və hüququn aliliyi prinsipinə zərbə vurduğunu ifadə ediblər.

Xatırladaq ki, Aİ daha əvvəl İnqilab Keşikçiləri Korpusunu terror siyahısına saldığını elan etmişdi.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…