Aİ-nin XİN başçıları bu gün Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər

Aİ-nin XİN başçıları bu gün Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər
20.07.2023 11:09
Aa
dəq

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə Ukraynaya hərbi yardım və təhlükəsizlik təminatları, Türkiyə və Çin ilə münasibətlər kimi məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması da müzakirə edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mətbuata istinadən xəbər verir ki, XİN Şurasının əsas iclası üç mövzuya həsr olunacaq. Bura Ukraynadakı münaqişə, iqtisadi təhlükəsizliyin xarici siyasət aspekti və Türkiyə ilə münasibətlər daxildir.

Məlumata görə, günün ikinci yarısında Aİ xarici işlər nazirləri ABŞ Dövlət katibi Antoni Blinkenlə geniş spektrli məsələlər üzrə onlayn müzakirə aparacaqlar. Blinkenlə müzakirələr üçün dəqiq gündəm olmasa da, Ukrayna münaqişəsi və Çinlə münasibətlər ətrafında fikir mübadiləsinin davam etdiriləcəyi gözlənilir.

Görüşün sonunda nazirlər cari məsələləri, o cümlədən Çin, Latın Amerikası və Karib hövzəsi ölkələri ilə iyulun 17-18-də keçirilmiş sammitin nəticələrini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və s. məsələləri müzakirə edəcəklər.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu