Brüssel rəsmiləri Budapeştin Ukrayna ilə bağlı mövqeyi və Rusiyaya qarşı sanksiyalara görə Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum edilməsi imkanını müzakirə edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.
“Bir çox məmurlar Macarıstana qarşı 7-ci maddə prosedurundan istifadə imkanlarını növbəti dəfə açıq şəkildə müzakirə edirlər”, - nəşr yazır.
Qeyd edilib ki, bu, üzv dövləti səsvermə hüququndan məhrum etmək üçün həddindən artıq tədbirdir.
Martın 14-də Avropa İttifaqı Macarıstanın vetosundan yayınmaq üçün Ukraynaya 20-40 milyard avro dəyərində könüllü hərbi yardım fondu yaratmağı təklif edib.