Əsas məzmuna keç

Aİ İsraillə həmrəy olduğunu bəyan edib

Aİ İsraillə həmrəy olduğunu bəyan edib

“Avropa İttifaqı (Aİ) HƏMAS-ın hərbi qanadının hücumu ilə əlaqədar İsraillə olduğunu bəyan edir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ-nin və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “X” sosial şəbəkəsində yazıb.

“İsraillə bağlı xəbərlər bizi kədərləndirib. Biz birmənalı olaraq HƏMAS-ın hücumlarını pisləyirik. Bu dəhşətli zorakılıq dərhal dayandırılmalıdır. Terror və qəddarlıq heç nəyi həll etmir. Aİ bu çətin anlarda İsraillə həmrəyliyini ifadə edir”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…