Operativ Məlumat Mərkəzi

Aİ İrana qarşı sanksiyaları bərpa edir

1 dəq
Paylaş:
Aİ İrana qarşı sanksiyaları bərpa edir

Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı sanksiyaları qismən bərpa etmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Şura İranın nüvə silahının yayılması üzrə fəaliyyətinə qarşı 2015-ci ildə İran Nüvə Sazişinin qüvvəyə minməsindən sonra dayandırılmış bir sıra məhdudlaşdırıcı tədbirlərin bərpası barədə qərar qəbul edib.

Qərar BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpası və Aİ3-ün (Böyük Britaniya, Almaniya və Fransa) snapback mexanizmini həyata keçirməsi ilə əlaqədar qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər