Avropa İttifaqı (Aİ) Ermənistana humanitar yardımını iki dəfə artıraraq 10,4 milyon avroya çatdıracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" “Al Jazeera“ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Qranadada deyib.
“Biz Ermənistana güclü dəstək veririk və onun humanitar ehtiyaclarını dəstəkləyirik”, - o bildirib.
Ursula f\von der Leyen Aİ-nin eyni zamanda, Ermənistana 15 milyon avro büdcə dəstəyi verəcəyini qeyd edib.
“Biz bu çətin vəziyyətində Ermənistana daha hansı dəstəyi verə biləcəyimizi müzakirə edəcəyik”, - o əlavə edib.