Operativ Məlumat Mərkəzi

Aİ dini ədavəti qızışdıracaq hərəkətləri rədd edir

2 dəq
Paylaş:
Aİ dini ədavəti qızışdıracaq hərəkətləri rədd edir
bunu Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib. “Avropada bəzilərinin bir çox müsəlmanı...

Avropa İttifaqı (Aİ) İsveç və Danimarkada Qurani-Kərimə qarşı edilən hərəkətlərdən sonra dini ədavəti qızışdıracaq hər hansı hərəkəti rədd edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib.

“Avropada bəzilərinin bir çox müsəlmanı incidən hərəkətlərindən sonra Aİ dini nifrət və dözümsüzlüyün qızışdırılmasının bütün formalarını qətiyyətlə rədd etdiyini bir daha bəyan edir”, - Borrell qeyd edib.

İrqçilik, ksenofobiya və dözümsüzlüyün Aİ-də yeri olmadığını qeyd edən Borrell belə davam edib:

"Biz daxildə və xaricdə dini azadlıqları və ifadə azadlığını dəstəkləməyə davam edəcəyik. Amma qanuni olan hər şey mənəvi deyil. İndi qarşılıqlı anlaşma və hörmət zamanıdır. Təxribatçıların bu hərəkətləri yalnız bizi və cəmiyyətlərimizi parçalamağa cəhd edənlərin maraqlarına xidmət edir.”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər