Əsas məzmuna keç

Aİ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır

Aİ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır

Avropa İttifaqı və Azərbaycanın və Dövlətlərarası Münasibətlərin qurulması haqqında layihəsi üzrə danışıqların yekunlaşması ilə bağlı verdiyi müvafiq bəyanatları alqışlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi saytında məlumat dərc edilib.

“Biz hər iki tərəfi son bir neçə ildə bu istiqamətdə həm ikitərəfli yolda, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları əzmkar işlərə görə alqışlayırıq”, - bəyanatda qeyd edilib.

Aİ hər iki tərəfin son illərdə bu istiqamətdə apardığı səyləri yüksək qiymətləndirib: “Bu bəyanatlar regionda davamlı sülh və təhlükəsizliyə doğru atılan mühüm addımlardır. Prosesin uğurla başa çatması üçün hər iki tərəfin eyni dərəcədə konstruktiv və kompromis yönümlü yanaşma sərgiləməsi vacibdir. Avropa İttifaqı Ermənistan və arasında normallaşma prosesini tam dəstəkləyir və tərəflərin müraciəti halında əlavə dəstək və ekspertiza göstərməyə hazırdır”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri bəyanat yayaraq Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…