Əsas məzmuna keç

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

hadisə Ağdərə rayon Həsənqaya kəndi ərazisində qeydə alınıb. Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb....

Ağdərədə minaya düşən şəxs Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata əsasən, ilkin tibbi yardım daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq.

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Ağdərədə hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Ağdərə rayon Həsənqaya kəndi ərazisində qeydə alınıb. qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…