Operativ Məlumat Mərkəzi

Ağdaşda meşədə ağacları kəsən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Ağdaşda meşədə ağacları kəsən şəxs saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirib. Bu barədə "Operativ Məlumat...

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlər zamanı rayonun Ağzıbir və Yenikənd kəndləri ərazisindəki meşə massivindən yaş qovaq ağaclarının kəsilməsi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və onun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər