Əsas məzmuna keç

Ağalıda bayram şənliyi keçirilib

Ağalıda bayram şənliyi keçirilib

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi...

rayonunun kəndində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilmiş tədbirdə Zəngilan rayonunun Ağalı kənd sakinləri, eləcə də bu ərazidə fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə dövlət himni səslənib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Musiqili konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında müxtəlif nəğmələr səsləndirilib. Bayram şənliyi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Yeni il personajlarının iştirakı ilə baş tutan tədbir uşaqların bayram əhvali-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib.

Tədbir sonunda uşaqlara hədiyyələr paylanılıb.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 26 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 27 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 79 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…