Operativ Məlumat Mərkəzi

Ağacların kəsilməsi ilə bağlı protokol tərtib olunub

2 dəq
Paylaş:
Ağacların kəsilməsi ilə bağlı protokol tərtib olunub
Şəki şəhəri, Mirzə Fətəli Axundzadə prospektində, "Əlövsət" şirniyyat evinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik...

Şəki şəhəri, Mirzə Fətəli Axundzadə prospektində, "Əlövsət" şirniyyat evinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"- in məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə, Şəki bələdiyyəsinə məxsus torpaq sahəsində iki ağacın şəhər sakini Rövşən Məmmədov tərəfindən kəsildiyi və köklərinin çıxarılaraq beton örtüklə örtüldüyü müəyyən olunub.

Faktla bağlı akt və protokol tərtib olunub və R.Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb.

Xidmət rəsmisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib. Ağacların qorunub mühafizə olunması məqsədilə Şəki bələdiyyəsinə müvafiq göstəriş verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər