Əsas məzmuna keç

Afiyəddin Cəlilovun nəvəsi xəstəxanaya yerləşdirildi

Afiyəddin Cəlilovun nəvəsi xəstəxanaya yerləşdirildi

bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis...

Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin əməkdaşı məlumat verib.

O bildirib ki, yetkinlik yaşına şəxs A.C valideyni ilə birgə idarəsinə dəvət olunaraq araşdırılıb:

"Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub".

Qeyd edək ki, sosial şəbəkədə yeniyetmənin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi olduğu bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…