AFFA Qurban Qurbanovun cəzasının müddətini açıqlayıb

AFFA Qurban Qurbanovun cəzasının müddətini açıqlayıb
27.09.2023 18:56
Aa
dəq

AFFA İntizam Komitəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu 1 oyunluq cəzalandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, buna 51 yaşlı mütəxəssisin "Qəbələ"yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII turunun oyununda ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulması səbəb olub.

Ağdam təmsilçisi buna görə 1000 manat cərimələnib. Komandanın müdafiəçisi Kevin Medina 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb. Kolumbiyalı futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Sınaq müddəti 3 ay təyin edilib.

"Qəbələ"nin məşqçisi Rasim Ramaldanov 2 matçlıq cəzaya məruq qalıb. Mütəxəssis həmin qarşılaşmada meydana daxil olaraq rəqib futbolçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün cəzalanıb. "Qırmızı-qaralar" bu səbəbdən 1000 manat ödəməli olacaq. Bundan əlavə, meydan sahibləri 5 üzvü sarı vərəqə aldığı üçün əlavə 700 manat ödəyəcək.

İntizam Komitəsi "Qarabağ"a xəbərdarlıq edib. "Köhlən atlar"ın azarkeşləri 88-ci dəqiqədə rəsmi şəxslərin ünvanına qeyri-etik ifadələr səsləndiriblər.

Həftənin ən çox oxunanları

Rabio İngiltərə klublarına keçə bilər

Rabio İngiltərə klublarına keçə bilər
DAVAMIN OXU davamın oxu

"Fənərbaxça" "Qalatasaray"ın istədiyi futbolçunu transfer edib - FOTO

DAVAMIN OXU davamın oxu

Azərbaycan yığması Slovakiyaya məğlub olub

Azərbaycan yığması Slovakiyaya məğlub olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub
DAVAMIN OXU davamın oxu

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu