Əsas məzmuna keç

AFFA Premyer Liqanın XIX turu üzrə cəzaları açıqladı

AFFA Premyer Liqanın XIX turu üzrə cəzaları açıqladı

Misli ligində "Qarabağ", "Neftçi" və "Zirə" maliyyə sanksiyası ilə üzləşib. Elvin Bədəlovun cəzası bəlli oldu. 3000 manatlıq ən ağır cəriməni kim ödəyəcək?

en ru

İntizam Komitəsi, Misli Premyer Liqasının XIX çərçivəsində baş tutan oyunlarla bağlı qərarlarını elan edib və bir sıra klublara ciddi maliyyə sanksiyaları tətbiq olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə qərar qurumun son iclasında qəbul edilib.

Turun ən yüksək cəriməsi "Araz-Naxçıvan" klubuna kəsilib. 8 fevral tarixində keçirilən "Sabah" – "Araz-Naxçıvan" qarşılaşması qonaq komandanın meydançaya gec çıxması səbəbindən yubandığı üçün klub 3000 manat cərimələnib. Həmin oyunda "Araz-Naxçıvan"ın 4 futbolçusu sarı vərəqə aldığına görə kluba əlavə 700 manat, ev sahibi "Sabah"a isə Əsasnamə tələblərini pozduğuna görə 1000 manat cərimə yazılıb.

"" klubu 8 fevralda "Sumqayıt"la baş tutan matçda geyim qaydalarını pozub. Komandanın 5 və 25 nömrəli futbolçularının şortundakı nömrələr standartlara uyğun olmadığı üçün klub 1500 manat məbləğində cəriməyə məruz qalıb.

10 fevralda keçirilən "Şamaxı" – "" görüşündə Ağdam təmsilçisinin 4 oyunçusu sarı vərəqə ilə cəzalandırılıb, nəticədə klub 700 manat ödəyəcək. Bundan əlavə, azarkeşlərin sındırdığı 25 ədəd oturacağa görə stadiona dəymiş zərər "Qarabağ" tərəfindən qarşılanacaq.

"Neftçi" – "Qəbələ" matçının 90+1-ci dəqiqəsində meydandan qovulan Elvin Bədəlov 1 oyunluq cəza alıb. "Ağ-qaralar"ın müdafiəçisi ikinci sarı vərəqəni gördüyü üçün klubu da 500 manat cərimə edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…