Aeroport yaz-yay uçuş cədvəlinə keçir

Aeroport yaz-yay uçuş cədvəlinə keçir
31.03.2024 13:47
Aa
dəq

Bakı hava limanı 2024-cü ilin martın 31-dən oktyabrın 26-ı daxil olmaqla yay cədvəlinə keçir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Qeyd edilir ki, bu müddət ərzində Bakıdan 35 aviaşirkət tərəfindən 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetiriləcək. Rusiyanın bəzi şəhərləri, Mərkəzi Asiya, həmçinin Fars körfəzi ölkələrinə uçuşların tezliyi artırılıb. Mart ayından etibarən Paris, Praqa, Barselona, Vyana, Milan və London kimi Avropanın populyar istiqamətlərinə də reyslərin sayı artırılıb.

Bununla yanaşı, yeni beynəlxalq aviaşirkətlərin cəlb olunması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət seçimi təqdim edəcək.

Həmçinin, yaz-yay keçid dövrünə hazırlıq planı çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda istehsalat fəaliyyətlərində və uçuşlarda təhlükəsizliyin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu