Operativ Məlumat Mərkəzi

AEBA İranın əsas nüvə obyektinə zərbə endirildiyini təsdiqləyib

1 dəq
Paylaş:
AEBA İranın əsas nüvə obyektinə zərbə endirildiyini təsdiqləyib
Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İranın Natanz şəhərində yerləşən əsas nüvə zənginləşdirmə obyektinin İsrailin hava zərbələri nəticəsində...

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İranın Natanz şəhərində yerləşən əsas nüvə zənginləşdirmə obyektinin İsrailin hava zərbələri nəticəsində vurulduğunu təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, AEBA-nın “X” platformasında yaydığı açıqlamada qeyd olunur ki, cümə günü səhər saatlarında baş verən hücumdan sonra Agentlik İranda yaranmış vəziyyəti “dərin narahatlıqla” izləyir.

Qurum bildirib ki, hazırda hadisə yerində radiasiya səviyyələrini izləyir və İranda olan müfəttişləri ilə yanaşı, İran rəsmiləri ilə daimi əlaqə saxlayır.

İsrail tərəfi hücumla bağlı rəsmi açıqlama verməyib, lakin beynəlxalq müşahidəçilər bu hadisəni bölgədə gərginliyin daha da artması kimi qiymətləndirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər