Əsas məzmuna keç

ADY-nin qatarlarına hərəkətdə olarkən daş atılıb, pəncərə sınıb - FOTO

ADY-nin qatarlarına hərəkətdə olarkən daş atılıb, pəncərə sınıb - FOTO

Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.

“ Dəmir Yolları” QSC-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə 36 dəfə daş atılıb.

Xatırladaq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada aşkar edilir və qanunvericiliyə uyğun olaraq cəzalandırılır.

“ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır”, - məlumatda qeyd olunur.

Qatar cədvəli

08:20 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…