Əsas məzmuna keç

ADY: Horadiz–Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb

ADY: Horadiz–Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb

Horadiz-Ağbənd xəttində ikinci tunelin qazma işləri yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “ Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən , rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupundan verilən məlumata görə, – dəmiryol xəttində həyata keçirilən tikinti işlərinin 62 %-i tamamlanıb.

“Ox üzrə uzunluğu 110,4 km olan yolun 104 və 106-cı km-lərində dəmiryol tunelləri inşa olunur. Tunellərdən biri (104-cü km) müstəqil Azərbaycanın tarixinin ilk, digəri isə (106-cı km) ölkənin ən uzun dəmiryol tunelidir. 106-cı km-də uzunluğu 1 071 metr olan tuneldə artıq qazma işləri yekunlaşıb və bununla tunel tikintisinin 65 %-i tamamlanıb. Qazma işlərindən sonra tuneldə izolyasiya və üzləmə işləri yerinə yetiriləcək”,- deyə məlumatda qeyd edilib.

Qatar cədvəli

06:20 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…