Əsas məzmuna keç

ADY bayram günləri üçün əlavə qatar reysləri təyin etdi

ADY bayram günləri üçün əlavə qatar reysləri təyin etdi

Qəbələ, Ağstafa və Ağdama səfər sayları artırıldı. Biletləri onlayn alaraq 10% endirim qazanın. Bayram günləri üçün yeni hərəkət cədvəli və detallar burada.

en ru

" Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə sərnişinlərin rahatlığını təmin etmək üçün ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edir.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Təsdiqlənmiş qrafikə əsasən, bayram günlərində aşağıdakı istiqamətlərdə xüsusi səfərlər təşkil olunacaq:

  • 20-30 mart: Hər gün Bakı-Qəbələ-Bakı;
  • 19-30 mart: Hər gün Bakı-Ağstafa-Bakı;
  • 23 və 25 mart: Bakı-Ağdam-Bakı marşrutu.

Sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10% endirimlə əldə edə bilərlər. Satış dəmiryol kassalarında, ADY-nin rəsmi saytında və ya "ADY Mobile" tətbiqi üzərindən həyata keçirilir.

Bundan əlavə, bayram günlərində –Qazax–Bakı, Bakı-Balakən-Bakı və Gəncə-Qəbələ-Gəncə marşrutları üzrə hərəkət davam edəcək. Həmçinin, 21 və 28 mart tarixlərində Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…