Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Reklam Agentliyi dövlət dili ilə bağlı kampaniyaya başladı

2 dəq
Paylaş:
Reklam Agentliyi dövlət dili ilə bağlı kampaniyaya başladı

Dövlət Agentliyi (ADRA) dövlət dilinin qorunması və təşviqi istiqamətində maarifləndirmə kampaniyasına verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ADRA məlumat yayıb.

Qeyd olunub ki, kampaniya çərçivəsində açıq məkanda reklam qurğularında "Dilimizi qoruyaq, sevək və yaşadaq!" şüarı ilə sosial reklamların yayımına başlanılıb.

Layihənin əsas məqsədi ictimai diqqəti ana dilinin düzgün istifadəsinə yönəltmək, xüsusilə reklam və kommersiya məzmunlarında dövlət dilinin norma və qaydalarına əməl olunmasını təşviq etməkdir. Yeni nəsil reklam qurğularında yayımlanan vizuallar vasitəsilə həm sahibkarlara, həm də geniş ictimaiyyətə Azərbaycan dilinin zənginliyinin qorunması və gündəlik istifadədə düzgün tətbiqinə dair çağırış edilib.

Bildirilib ki, bu təşəbbüs təkcə açıq məkandakı reklamlarla məhdudlaşmır. Agentlik tərəfindən platformalarında da eyni mövzuda kampaniya aparılır, həmçinin sahibkarlıq subyektlərinə yönəlik maarifləndirmə tədbirləri həyata keçirilir.

Belə ki, açıq məkanda reklamı olan sahibkarlara SMS vasitəsilə informativ məlumatlar göndərilir, dövlət dilinin reklam mətnlərində düzgün istifadəsi ilə bağlı tövsiyələr verilir.

"Gələcəkdə həm ənənəvi, həm də rəqəmsal platformalarda yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Məqsəd isə cəmiyyətdə dilə həssas yanaşmanı gücləndirmək və dövlət dilinin bütün sahələrdə üstün mövqeyini təmin etməkdir", - məlumatda vurğulanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax