Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Adobe" öz proqramlarında süni intellekt köməkçilərini sınaqdan keçirir

2 dəq
Paylaş:
"Adobe" öz proqramlarında süni intellekt köməkçilərini sınaqdan keçirir

"Adobe" "" paketində yer alan bir sıra məşhur proqramlarında, o cümlədən "", "", "Illustrator", "InDesign" və "Frame.io"-da (Sİ) əsaslı köməkçilərin ictimai beta-testinə start verib.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Verge" nəşrinə istinadən xəbər verir ki, bu yenilik istifadəçilərin iş prosesini optimallaşdırmaq və proqramlara xas olan tapşırıqları avtomatlaşdırmaq məqsədi daşıyır.

Yeni köməkçilər vahid bir danışıq agenti bazasında fəaliyyət göstərsə də, hər bir proqramın özünəməxsus funksiyalarına uyğunlaşdırılmış şəkildə işləyir.

Məsələn, "Premiere" daxilindəki köməkçi video montajın incəliklərini, “Photoshop”dakı versiya isə təsvirlərin redaktəsi alətlərini dərindən anlayır. İstifadəçilər "Adobe Express", "Acrobat" və “Firefly”da olduğu kimi, sadə dildə yazılı göstərişlər verməklə layihələri üzərində dəyişikliklər edə bilərlər.

"Premiere" proqramındakı süni intellekt köməkçisi montajın ilkin mərhələsindəki rutin işləri öz üzərinə götürür. O, çəkilmiş materialları məzmununa görə qovluqlara ayırır, faylların adlarını dəyişir və səs yazılarındakı açar sözləri tanıyaraq montaj xəttində avtomatik markerlər yerləşdirir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu yenilik yaradıcı mütəxəssislərin vaxtına qənaət etməyə imkan verəcək.

"Photoshop" istifadəçiləri üçün isə proses daha sadələşib: sadəcə istənilən nəticəni təsvir etməklə alqoritm qatların (layer) təşkilini, fonun dəyişdirilməsini və digər mürəkkəb əməliyyatları avtomatik yerinə yetirir. Artıq masaüstü versiyada da əlçatan olan bu funksiya, rəqabətin gücləndiyi bir dövrdə "Adobe"-nin öz abunəlik xidmətini daha cəlbedici etmək strategiyasının bir hissəsidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax